Modern.az

Deputat məhkumlarla bağlı amnistiya yox, əfvin tərəfdarıdır: "Amnistiyanı tez-tez vermək olmaz"

Deputat məhkumlarla bağlı amnistiya yox, əfvin tərəfdarıdır: "Amnistiyanı tez-tez vermək olmaz"

Parlament

9 Sentyabr 2011, 12:13

Prezident yanında Əfv Komitəsinin üzvi, millət vəkili Elmira Axundova Azərbaycanın müstəqiliyinin 20 illiyi ilə bağlı amnistiya verilməsi ilə bağlı ictimayyətdə dolaşan xəbərlərə münasibət bildirib. Modern.az saytına açıqlamasında deputat qeyd edib ki, o, ən azı heç olmasa 5 ildən bir amnistiya aktının qəbulunu məqbul sayır. 

“Hər zaman insanların azadlıqda olmasının tərəfdarıyam, heç vaxt kiminsə bağlı qapılar arxasında qalmasını istəmərəm. Böyük amnistiya aktı iki il bundan əvvəl qəbul edilib. Nəzərə alsaq ki, amnistiya aktı qəbul ediləndən bir il sonraya qədər məhkumların azadlığa buraxılması proses davam etdi, deməli bir il bundan əvvəl bu prosses dayanıb”.

E.Axundova amnistiya verilməsinin böyük məsələ olduğunu qeyd edib. Onun fikrincə, bu qərarı tez-tez vermək olmaz.

Deputat müstəqilliyimizin 20 illiyi ilə bağlı başqa təklif irəli sürüb:
“Əfv fərmanı verilməsilə məhkumların azadlığa buraxılması daha vacib şərtlərdən biridir. Hesab edirəm ki, bununla bağlı ciddi addımlar atmaq olar”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı