Modern.az

Bu il Azərbaycanda 218 nəfər qaçqın statusu almaq istəyib

Bu il Azərbaycanda 218 nəfər qaçqın statusu almaq istəyib

20 İyun 2018, 13:18

2018-ci il ərzində (20 iyun 2018-ci il tarixinədək) 120 ərizəçi (ailə üzvləri ilə birlikdə 218 nəfər) Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq üçün müraciət edib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, 9 şəxsin müraciəti təmin edilib və onlara qaçqin statusu verilib. Qaçqın statusunun verilməsi ilə bağli əsaslar olmadığına görə 59 müraciətə imtina verilib. Digər müraciətlər isə baxılmaqdadır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər