Sentyabrın 15-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-da isə İLK plenar iclas keçiriləcək.
Hər sessiyada olduğu kimi, bu dəfə də Milli Məclisin iclaslarını yaxından izləmək üçün KİV əməkdaşları qurumda akreditasiyadam keçməlidirlər. Modern.az xəbər verir ki, Milli Məclisin payız sessiyasında akreditə olunmaq üçün media qurumları tərəfindən parlamentə müraciətlər daxil olub.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına bildirib ki, akreditasiya prosesi hələ başa çatmayıb.
“Milli Məclisin payız sessiyası üçün jurnalistlərin akreditasiyası başa çatmayıb. Hələ sentybarın 15-dək jurnalistlərin akreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq”.
Akif Təvəkküloğlu qeyd edib ki, yalnız ondan sonra akreditasiya ilə bağlı müraciət edən jrunalistlərin məktublarına baxılacaq.
“İndiyə qədər nə qədər jurnalistin müraciət etdiyi hesablanmayıb. Amma hələ də yazılı formada, o cümlədən elektron poçtlarla məktublar göndərilir”.
Aytən ƏLİYEVA