Modern.az

Türkdilli Xalqların Jurnalistlərinin Forumunin keçiriləcəyi gün bəlli oldu

Türkdilli Xalqların Jurnalistlərinin Forumunin keçiriləcəyi gün bəlli oldu

Qarabağ

9 Sentyabr 2011, 17:31


“Oktyabrın 28-də keçiriləcək Türkdilli Xalqların Jurnalistlərinin Forumuna müstəqil ölkələrdən və muxtar ərazi birliklərindən 20-yə yaxın nümayəndə gələcək”.

Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Forumun keçiriləcəyi yerin tam müəyyənləşmədiyini deyən Ə.Amaşov artıq təşkilatı işlərə başlandığını qeyd edib.
“Bu məsələyə də baxılır. Yaxın günlərdə yəqin tədbirin harda keçiriləcəyi məlum olacaq”.

Əflatun Amaşov forumun təşkilatçısının Mətbuat Şurası olduğunu və bu tədbirin şuranın təşəbbüsü ilə keçirildiyini bildirib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal