“Biz bir millət olsaq da, iki dövlətik və hər bir vətənpərvər insan ücün milli və dövləti maraqlar dostluq və yoldaşlıq münasibətlərindən öndə dayanmalıdır”
Türkiyə Böyük Millət Məclisinin üzvü, hamımızın Türkiyə futbolunun kralı kimi tanıdığımız Hakan Şükür Azərbaycan Milli Məclisinin deputatı Etibar Huseynova məktub göndərib.
Modern.az-ın əməkdaşı ilə söhbətində Etibar Hüseynov bildirdi ki, bu onun Hakan Şükürə göndərdiyi təbrik məktubuna cavabdır. Məktubda deyilir:
“Sayin Etibar Hüseyn. Milletvekili genel seçimlərində halkımızın teveccühünü kazanarak, İstanbul milletvekilliği görevine seçilmiş olmama nedeniyle, göstermiş olduğunuz samimi duyğu ve nezaketinize sonsuz teşekkür eder, parlamentonun yeni dönemde ülkemiz için başarılı çalışmalar yapması temennesi ile selam, sayğı ve mühabbetimi sınar, yeni dönemin ülkemize ve milletimize hayırlara vesile olmasını dilerim”.
Etibar Hüseynov Hakan Şükürlə münasibətlərinin tarixcəsindən də söz acdı. Onun sözlərinə görə, Hakanla 11 il əvvəl, Türkiyə milli komandası tərkibində Bakıya gələn zaman tanış olublar.
“Hətta ondan televiziya ucun kicik bir müsahibə də almışdım. Bundan sonra isə münasibətlərimiz yarandı. Aydın məsələdir ki, iki ayrı dövlətdə yaşasaq da, bir millət olaraq ortaq dəyərlərimiz var. Və belə ortaq dəyər hesab etdiyimiz bir sıra bayramlarda qarşılıqlı təbriklərlə bir-birimizi yada salmışıq. Sonuncu dəfə də millət vəkili seçiləndə onu təbrik etdim və xoş arzularımı bildirdim. Hakan bəy Türkiyə futbolunun, Türkiyə idmanının yüksəlməsində xidmətləri olan bir insandır. Arzu etmişdim ki, o idmanda əldə etdiyi nailiyyətləri siyasətdə də təkrar etsin. O da sağ olsun, cavab yazıb”.
Etibar Hüseynova “Dostunuz mətbuatda Azərbaycan millisinin Qazaxıstan yıgmasını udmasına niyə öz təəsüfünü bildirmişdi” sualını da ünvanladıq. Etibar bəyin cavabı belə oldu:
“Bu tamam başqa məsələdir. Bu, Hakan bəyin vətənpərvərlik hisslərini biruzə verməsindən irəli gələn sözlərdir. Həmin sözləri o, qazaxlara olan sevgisinə görə deməyib ki. Gəlin unutmayaq ki, biz bir millət olsaq da, iki dövlətik. Və hər bir vətənpərvər insan ücün milli və dövləti maraqlar dostluq və yoldaşlıq münasibətlərindən öndə dayanmalıdır. Azərbaycan yığmasının AÇ-2012-yə getmək imkanlarının sıfıra bərabər olmasını bildiyimiz halda, onun ən zəif komandalar uzərindəki qələbəsinə nə qədər coşğu ilə sevindiyimiz göz önündədir. Ancaq türklərin Avropa Çemionatında iştirak etmək şansları az da olsa, həmişə olub. İndi onlar ücün belə bir cətin anda əlbəttə ki, bu şansları azalda bilən bütün hallar Türk insanında təəssüf doğurur. Və bu da anlaşılandır. Mənə elə gəlir ki, biz də onlarin yerinə olsaydıq, həmin fikirləri söyləyərdik".
Modern.az