Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri dünyasını dəyişib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən verilən məlumata görə, Müdafiə Nazirliyinin Yevlax rayonundakı N saylı hərbi hissəsində xidmət edən 1989-cu il təvəllüdlü Abbasov Pərviz böyrəyində olan problemlə əlaqədar hospitala aparılıb. Hərbi mənbələrin məlumatına görə, daha sonra o yenidən xəstə halda hərbi hissəyə göndərilib.
Nəticədə pnevaniya xəstəliyi ilə ciyərinə su dolub, zəhərlənmə baş verərək dünyasını dəyişib.
Əsgər P.Abbasov 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb və və hərbi xidmətinin bitməyinə 20 gün qalıbmış.
Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Modern.az