Modern.az

İngiltərədə minlərlə insan referendum tələb edir

İngiltərədə minlərlə insan referendum tələb edir

23 İyun 2018, 22:29

İngiltərədə minlərlə insan ölkəsinin Avropa Birliyinə üzv olması üçün ikinci dəfə referendum keçirilməsini tələb edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Londonda toplaşan minlərlə nümayişçi İngilətərə parlamentinə doğru yürüş edib. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər.

 

Macar əsilli amerikalı milyarder Corc Soros Breksitin dayandırılması əleyhinə aparılan kampaniyalara maliyyə dəstəyi göstərir.

 

Qeyd edək ki, İngiltərə 2016-cı ildə keçirilən referendumla AB-dən ayrılmağa qərar verib, 2017-ci ilin martında Breksitin rəsmi şəkildə başladığını elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı