Şamaxının millət vəkili Elxan Süleymanovun www.elkhan-suleymanov.az ünvanında fəaliyyət göstərən fərdi saytının yeni bölümü açılıb.
Deputatın qərargahından Modern.az-a bildirlib ki, “Şamaxı Azərbaycan ədəbiyyatında” adlı bölümdə artıq ilk material yerləşdirilib. Bu Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat instututunun direktoru, akademik Bəkir Nəbiyevin Seyid Əzim Şirvaniyə həsr etdiyi böyük məqalədir. Məqalə bilavasitə www.elkhan-suleymanov.az saytı üçün hazırlanıb.
Saytın redaktoru Fuad Babayevdən aldığımız məlumata görə Bəkir Nəbiyev hazırda Şamaxı torpağının yetirdiyi digər böyük Azərbaycan şairləri haqqında məqalələr üzərində işləyir. Həmin məqalələr hazır olduqca saytda yer alacaq.
Saytın redaktoru görkəmli elm xadiminin böyük Azərbaycan şairləri haqqında yazdığı məqalələrin Azərbaycan ədəbiyyatşünaslığına töhfə kimi dəyərləndirilməli olduğunu qeyd edərək bu məqalələrin məxsusi olaraq Şamaxının millət vəkili Elxan Süleymanovun fərdi saytı üçün yazılmasından qürur hissi keçirdiklərini də söyləyib.
Tezliklə saytın həmçinin Elxan Süleymanovun təşəbbüsü ilə yaradılmış daha bir bölümü – “Şamaxi Azərbaycan tarixində” bölümü də fəaliyyətə başlayacaq.
Modern.az