Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.
“Hörmətli cənab Prezident, yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm”, məktubda deyilir.
A.Merkel qeyd edib ki, iki ölkə arasında uzunmüddətli dostluq mövcuddur və Almaniya sabit Türkiyənin tərəfdaşı olmaqda maraqlıdır.