Modern.az

Paşinyandan müharibə açıqlaması  

Paşinyandan müharibə açıqlaması   

26 İyun 2018, 00:46

“Ermənistan heç vaxt Dağlıq Qarabağda müharibəyə başlamayacaq”. Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində canlı yayım zamanı bildirib.

 

Nikol Paşinyan bildirib ki, münaqişə güc yolu ilə həll oluna bilməz: "Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdə sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəsüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur.  Biz qoşunlarımızın döyüş qabiliyyətinin artırılması üzərində işləyirik. Qanunsuzluqların qarşısı alınmalı, əsgər payının oğurlanmasına yol verilməməli, əsgərlərin mümkün qədər rahat xidmət keçməsi üçün şərait yaradılmalıdır. Qarabağdakı şərtlər indi situasiyanın sakitliyi baxımından misli görünməmişdir. Amma biz heç vaxt savaşa başlamayacağıq, lakin həmişə bu ssenariyə hazır olmalıyıq”.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU