ABŞ prezidenti Donald Trampla Türkiyənin yeni seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Bu arada ABŞ Dövlət Departamenti də Türkiyə ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, ABŞ yenidən seçilmiş prezidentlə işləmək üçün hazırdır, lakin ikitərəfli münasibətlər çərçivəsində olan bəzi məsələlərin həll olunması zəruridir.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,82 faiz səslə qalib gəlib.