Modern.az

Türkiyədə yenə hərbçilər saxlanıldı

Türkiyədə yenə hərbçilər saxlanıldı

26 İyun 2018, 22:15

Türkiyə prokurorluğu daha 151 nəfər barəsində həbs orderi verib. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər FETÖ terrorçu təşkilatı ilə əlaqələrdə şübhəli bilinir.

 

Ankara prokurorluğu artıq FETÖ əlaqələrinə görə 43 nəfərin saxlanılmasını sanksiyalaşdırıb: “Onlardan 30-u təxris olmuş və hazırda xidmət edən hərbçilərdir. 13 nəfər isə Türkiyə hərbi dəniz qüvvələri komandanlığında qruplaşmanın tapşırıqlarını yerinə yetirən gizli imamlardır”.

 

Ankaradan başqa, Türkiyənin 23 əyalətində də FETÖ-ya qarşı əməliyyatlar aparılıb. Hərbçilər və təhlükəsizlik xidməti əməkdaşları daxil olmaqla, 102 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU