Modern.az

2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazandı

2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adını qazandı

27 İyun 2018, 11:48

2018-ci il 07 may tarixində Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən “Beynəlxalq dərəcəli hakim” adını almaq üçün keçirilən imtahanın nəticələri məlum olub.

 

Modern.az-ın məlumatına görə, nəticələr İTTF-in (Beynəlxalq Stolüstü Tennis Federasiyası) səhifəsində açıqlanıb. İmtahana qatılan hakimlərimizdən ikisi Sultanova Sara və Qiyasova Xəyalə imtahandan uğurla keçərək, “Beynəlxalq dərəcəli hakim” adına layiq görülüblər.

 

Beynəlxalq dərəcəli yarışlara hakimlik edə bilən hakimlərimizin sayı 6-a çatıb.

Qeyd edək ki, dünyanın bütün ölkələrindən cox sayda hakimlər bu imtahana qatılır. Bizim ölkədən imtahana 5 hakim namizəd qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu