Modern.az

Naxçıvana gedən jurnalistlər və hüquq müdafiəçiləri Bakıya qayıdıblar

Naxçıvana gedən jurnalistlər və hüquq müdafiəçiləri Bakıya qayıdıblar

Təhsil

13 Sentyabr 2011, 09:06

Bir qrup tanınmış hüquq müdafiəçisi, redaktor və journalist sentyabrın 12-də Naxçıvana Muxtar Respublikasına səfər edib.
20 nəfərlik heyəti həmin gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvanın Şərur rayon məhkəməsində keçirilən məhkəmə prosesində iştirak edib. Müxbir elektrik enerjisindən qanunsuz istifadədə ittiham olunur. O, Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinin müxbiri Mixael Lüdviqi Naxçıvanda müşayiət edəndən sonra evinin elektrik enerjisi kəsilib və ittiham irəli sürülüb.

Jurnalistlər və hüquq müdafiəçiləri günün ikinci yarısında avqustun 28-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edildikdən sonra müəmmalı şəkildə vəfat etmiş Culfa rayon sakini Turac Zeynalovun ailəsinə baş çəkiblər. Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi və Naxçıvan Muxtar Respublikasının Ombudsmanı isə jurnalistlər və hüquq müdafiəçiləri ilə görüşməkdən imtina ediblər.

Dünən günün sonunda Naxçıvanda səfərdə olan jurnalistlər və hüquq müdafiəçilərindən Muxtar Respublikanı tərk etmələri tələb olunub. “Turan” Agentliyinin məlumatına görə, Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşı jurnalistlər və hüquq müdafiəçilərindən nazirliyə şikayət edildiyini bildirib.

Nümayəndə heyətinə daxil olan QHT rəhbəri Anar Məmmədlinin verdiyi məlumata görə, onlar artıq Bakıya qayıdıblar.
Səfər Norveç Xarici İşlər Nazirliyinin dəstəklədiyi layihə çərçivəsində həyata keçirilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım