Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcəyi görüşün yeri və vaxtı sabah açıqlanacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
O, görüşün hər iki tərəf üçün uyğun olacaq üçüncü bir ölkədə baş tutacağını söyləyib.
Uşakov görüşdə beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini, daha sonra hər iki liderin mətbuat konfransı keçirəcəyini qeyd edib.