Gürcüstan Suriyanın 2 aviaşirkəti üçün hava məkanını bağlayıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, qadağa “Syrian Air” və “Cham Vings” şirkətlərinə şamil olunacaq.
Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığı üçün Gürcüstan 1994-cü ilin mayında diplomatik münasibətlər qurduğu Suriya Respublikası ilə diplomatik münasibətləri dayandırıb.
Həmin təyyarələrin daha Azərbaycanın hava məkanından keçəcəyi bildirilir.