Modern.az

Qənirə Paşayeva “Türk Dünyası Kültür Evləri Məhəlləsi”ni ziyarət edib

Qənirə Paşayeva “Türk Dünyası Kültür Evləri Məhəlləsi”ni ziyarət edib

Təhsil

13 Sentyabr 2011, 11:47

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qru­punun üzvü Qənirə Paşayeva İstanbuldakı “Topqapı Türk Dünyası Kültür Evləri Məhəlləsi”ni ziyarət edib.
Kültür Evlərinin yönəticiləri Azərbaycan parlament üzvünü Məhəllə ilə, o cümlədən “Azərbaycan Evi” ilə yaxından tanış edib, ona İstanbul Böyükşəhər Bələdiyyəsinin bu böyük layihəsi, həyata keçirilən fəaliyyətlər və planlar barədə bilgi veriblər. Onlar buradakı “Azərbaycan Evi”nin daha zəngin olmasını arzuladıqlarını bildiriblər.

Q.Paşayeva “Türk dünyası ilə bağlı bu təqdirəlayiq çalışmalar, burada görüklərim və nəzərdə tutulan işlər barədə bilgilər məni heyran etdi. İlk növbədə, bu layihəni gerçəkləşdirmiş İstanbul Böyükşəhər Bələdiyyəsinə, onun Başqanına, digər əlaqədar şəxslərə bir millət vəkili olaraq öz təşəkkürlərimi çatdırıram” deyib.

Millət vəkili həmçinin Kültür Məhəlləsindəki “Azərbaycan Evi”nin daha da zənginləşməsi üçün çalışacağını, əlaqədar orqanlardan bu barədə xahiş edəcəyini bildirib.

Qənirə Paşayeva İstanbul Noğay Türkləri Eyitim, Kültür və Yardımlaşma Dərnəyinin başqanı  Mesut Pekcanla görüşüb.

Cənab Pekcan Azərbaycan parlamenti üzvünü təmsil etdiyi Dərnəyin tarixi, həyata keçirdiyi layihələr və gələcək planları barədə bilgiləndirib. O, Azərbaycandakı uyğunprofilli QHT-lərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Qənirə Paşayeva İstanbuldakı noğay türklərinin belə bir Dərnək qurmasını, onun  fəaliyyətini təqdir etdiyini və dərnəyin işləri ilə tanışlıqdan məmnun olduğunu bildirib. Millət vəkili həmçinin dərnəyin Azərbaycandakı uyğunprofilli QHT-lərlə əməkdaşlıq istəklərini alqışladığını və əlindən gələn dəstəyi verəcəyini ifadə edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım