Modern.az

Avropa Birliyi dağıla bilər - Merkel əsas səbəbi AÇIQLADI

Avropa Birliyi dağıla bilər - Merkel əsas səbəbi AÇIQLADI

28 İyun 2018, 13:35

Almaniya kansleri Angela Merkel parlamentin iclasında çıxışı zamanı Avropa İttifaqının taleyinin miqrasiya problemini necə həll edəcəyindən asılı olacağını deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantların sayı azaldıqca, 2015-ci ilə qədər fəaliyyət göstərən qaydalar qüvvəyə düşəcək.

 

“Avropa qarşısında çoxlu çətinliklər var. Amma miqrasiya məsələsi ən taleyüklü məsələdir”-deyə Merkel deyib. O, 2015-ci ildən bəri Almaniyanın 1,3 milyondan çox qaçqın qəbul etdiyini və bu addımla bütün dünyanı Avropa dəyərlərinin gücünə inandırdığını xatırladıb.

 

Buna qədər, Fransa prezidenti Emmanuel Makron da miqrasiyanı Avropa Birliyinin ən əsas problemi adlandırmışdı.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur