42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili, görkəmli tarixçi alim Musa Qasımlı Sumqayıt şəhəri, VI mikrorayonda yaşayan seçicilərinin bir qrupu ilə görüşüb. Deputatın qrargahından Modern.az-a bildirilib ki, seçicilər Sumqayıtda aparılan tikinti-quruculuq, abadlıq işlərindən razılıqların bildiriblər. Sakinlər bir sıra şəxsi məsələləri və mikrorayondakı abadlıq işləri ilə bağlı təkliflərini söyləyiblər. Seçicilərin şəxsi məsələlərinin bəzisi yerindəcə həll edilib. Onlar deputatın fəaliyyətindən razılıqlarını ifadə ediblər.