Modern.az

Sarkisyanın partiyası daha bir deputat yerini itirdi

Sarkisyanın partiyası daha bir deputat yerini itirdi

28 İyun 2018, 16:51

Eks baş nazir Serj Sarkisyanın partiyasından daha bir deputat partiya sıralarını tərk edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, deputat Aşot Arsenyan üzvü olduğu partiya sıralarını tərk etdiyini bəyan edib.

Deputat tək bu partiyanın adının onun vətəndaşlarla danışıqlarına mane olduğunu bildirib.

 

O, artıq uzun müddətdir ki, Cermuk, Qndevaz və Keçutun əhalisinin Amulsarsk mədəni ilə bağlı etiraz aksiyası keçirdiklərini qeyd edib. Arsenyanın sözlərinə görə etriazçılar mədənə gedən yolu kəsib, mədənin fəaliyyətini dayandırması tələbini irəli sürüblər.

 

Dəfələrlə onlarla görüşdüyünü bildirən deputat vətəndaşların onu dinləmədiklərini bildirib.

 

“Düşünürəm ki, danışıqlara həmçinin mənim elə “Respublika” partiyasının üzvü olmağım mane olur. Baş nazir Nikol Paşinyan dəfələrlə vətəndaşlardan yolları kəsərək təxribat törətməməyə çağırıb. Mən də bu çağırışlara qatılıram” – Arsenyan bildirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur