Türkiyənin ən böyük şəhəri olan İstanbulda nəhəng yoxlama tədbirləri həyata keçirilir.
Modern.az “CNNTürk”ə istinadən xəbər verir ki, 2400 polisin iştirakı ilə 180 nöqtədə yoxlama tədbirlərinə start verilib.
Əməliyyat tədbirləri Atatürk və Sabiha Gökçen hava limanları, gəmi bərələri, xalqın sıx olduğu mahallardakı bütün prospekt və meydanlar, cinayətkarlığın yüksək olduğu səmtlərdə aparılıb.
Türkiyə vaxtı ilə saat 14-də (15:00 Bakı vaxtı) start verilən tədbirlər hələ də davam edir.
Tədbirlərə İstanbul əmniyyətinə bağlı bütün şöbə və mahallardan polislər cəlb edilir.
Polislər şübhəli görünən maşınları yoxlayır və şübhəlilərlə ilkin sorğu həyata keçirirlər.
Eyni zamanda bir çox obyektlərdə axtarış tədbirləri də həyata keçirilir.
Əvəz ZEYNALOV