Modern.az

Prezident İlham Əliyev Qobustana gedib

Prezident İlham Əliyev Qobustana gedib

Təhsil

13 Sentyabr 2011, 12:37

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfər edib. Modern.az AzərTAc-a istuinadən xəbər verir ki, ölkə başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 
Daha sonra Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Eyni zamanda parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...