Modern.az

Saakaşviliyə 6 il həbs cəzası verildi

Saakaşviliyə 6 il həbs cəzası verildi

Dünya

28 İyun 2018, 20:30

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində 6 il müddətinə qiyabi həbs cəzası çıxarıb. Modern.az "Report"a xəbər verir ki, o, 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsinə dair cinayət işində təqsirli bilinir.

 

İstintaq müəyyənləşdirib ki, 2005-ci ilin iyununda "Rezonansi" qəzetində "Valeri Gelaşvili öz evini Saakaşviliyə verəcək" başlıqlı məqalə dərc edildikdən sonra M.Saakaşvili o vaxtkı daxili işlər naziri Vano Merabişviliyə V.Gelaşvilini döyməyi tapşırıb. 

 

Bildirilib ki, M.Saakaşvilinin tapşırığı 2005-ci il iyulun 14-də həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur