Modern.az

Qəzet redaksiyasında atışma: 4 ölü

Qəzet redaksiyasında atışma: 4 ölü

29 İyun 2018, 00:23

ABŞ-da silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə atışma Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş verib. Silahlı insident nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Məlumata görə, atəş açan şəxs saxlanılıb.

 

Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.     

 

 Yerli KİV-lər insident nəticəsində çox sayda yaralının olduğunu bildirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur