Modern.az

Spirtli içkilər və siqaretin ölkəyə gətirilməsi sərtləşdirildi  

Spirtli içkilər və siqaretin ölkəyə gətirilməsi sərtləşdirildi   

29 İyun 2018, 13:17

Milli Məclisin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, dəyişiklik barədə maliyyə naziri Samir Şərifov məlumat verib. O deyib ki, dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. Bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.
Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?