Modern.az

Türkiyə Rusiya silahına görə NATO-nu sakitləşdirir

Türkiyə Rusiya silahına görə NATO-nu sakitləşdirir

29 İyun 2018, 14:11

Türkiyə tərəfi Rusiyadan alınacaq “S-400” sistemlərinin alyans üçün heç bir təhlükə kəsb etmədiyini bəyan edib.

 

Modern.az Türkiyənin “NTV” kanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bəyanat verib.

 

Onun sözlərinə görə Türkiyə bu sistemləri öz təhlükəsizliyini təmin etmək məqsədi ilə əldə edir.

“Biz onları öz təhlükəsizliyimizi təmin etmək məqsədi ilə almışıq. Odur ki, biz onları müttəfiqlərimizi təhdid etmək üçün əldə etməmişik. Biz onlara nəzarət edəcəyik. Bizim əldə etdiyimiz “S-400” sistemləri NATO üçün heç bir təhlükə kəsb etmir” – Çavuşoğlu bəyan edib.

 

Nazir həmçinin alyansın baş katibi Yens Stoltenberqin sözlərini də xatırladıb.

 

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq Türkiyənin S-400” sistemlərini əldə etmək qərarının müstəqil qərar olduğunu söyləyib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur