Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində separatçı rejim hərbi təlimlər keçirib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təlimlər zamanı döyüş sursatlarından istifadə edilib.
Separatçı rejimdən verilən məlumata görə təlimlər müdafiə və əks hücum ssenarisi üzrə aparılıb.
Təlimlər Qarabağın şərq istiqamətində, yəni qoşunların təmas xəttinə yaxın ərazidə döyüş sursatlarından istifadə etməklə aparılıb.
Ermənistan tərəfinin bu təxribatı zamanı canlı qüvvə ilə yanaşı texnikadanda istifadə edilib.
Separatçı rejim bu ssenaridən istifadə etməklə aprel döyüşlərində sarsıdıcı məğlubiyyətə uğramış və döyüş ruhunu itirmiş əsgərlərinə təsəlli vermək niyyətindədir.
Qeyd edək ki, Ermənistan tərəfi son zamanlarda dezinformasiya yayaraq Azərbaycan tərəfinin cəbhə bölgəsinə çoxlu texnika yeritdiyini dəfələrlə iddia edib.
Əvəz ZEYNALOV