Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyana məxsus “JL Pro Project Company” ASC dövlət büdcəsinə vurduğu zərər görə, 1,6 milyon dollar cərimə ödəyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsi açıqlama verib.
Mayın 2-si və 18 iyunda şirkət planlı şəkildə dövlətə vergi verməkdən yayınıb və buna görə cəzalandırılıb.
Buna qədər, Serj Sarkisyanın digər qardaşı Aleksandr Sarkisyan da qanunsuz silah gəzdirdiyi üçün saxlanılmış amma sonra istintaq tərəfindən azadlığa buraxılmışdı.