ABŞ-ın paytaxtı Vaşınqtonda yüzlərlə qadın prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı oturaq aksiyaya görə həbs edilib.
Modern.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, həbs edilmiş 575 qadının içərisində aktrisa Syüzan Sarandon da olub.
Aktrisanın həbsini Sarandon özü “Twitter” hesabında təsdiq edib.
“Həbs edilmişəm. Güclü olun. Mübarizəni davam etdirin” – aktrisa yazıb.
Yüzlərlə qadın Ədliyyə Nazirliyinin binası qarşısında etiraz üçün toplaşıb.
Etirazçılar prezident Trampın miqrasiya siyasətinə qarşı oturaq aksiya keçiriblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp immiqrantlara qarşı sərt siyasətinə görə dəfələrlə tənqid obyekti olub. Sərhədləri pozan immiqrantların uşaqlarının ailələrindən alınaraq lagerlərə yerləşdirilməsi tənqidə səbəb olub.
Əvəz ZEYNALOV