Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedova hava limanında partlayış təhlükəsi yaşanıb.
Modern.az “Ria Novostiyə” istinadən xəbər verir ki, bir kişi onda partladıcı olduğu barədə bəyan edib. Hava limanının rəsmi nümayəndəsi Aleksandra Vlasova təhlükənin yalançı olduğunu bildirib.
“Girişdə yoxlama zamanı bir kişi onda bomba olması barədə məlumat verib. Bununla əlaqədar, belə hallarda təmin edilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib” – Vlasova bildirib.
Onun sözlərinə görə hazırda uçuşlar və xidmət qrafikə uyğun aparılır.
Əvəz ZEYNALOV