Modern.az

Qəzzada toqquşmalar: ölən və yaralananlar var

Qəzzada toqquşmalar: ölən və yaralananlar var

29 İyun 2018, 22:34

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında yenidən toqquşmalar olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub.

 

Fələstinin Səhiyyə nazirliyinin məlumatına görə, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla  310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.

 

İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.

 

Qeyd edək ki, bu ilin martında  fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur