Modern.az

65 nəfər içməli sudan zəhərləndi

65 nəfər içməli sudan zəhərləndi

30 İyun 2018, 21:07

İranda 65 nəfər içməli sudan zəhərlənib. Modern.az xəbər verir ki, bu barədə Xuzistan Təcili Tibbi Yardım mərkəzinin rəhbəri Şəhriyar Mirxəşti "İrna" agentliyinə açıqlamasında bildirib.

 

O qeyd edib ki, zəhərlənənlərdən 14-ü xəstəxanada nəzarət altında saxlanılır. Ş.Mirxəşti içməli suyun çirkli olmasının kütləvi zəhərlənməyə səbəb olduğunu ehtimal edərək məsələnin araşdırıldığını bildirib.

 

Qeyd edək ki, İranda yağış və su ehtiyatlarının azalması səbəbindən bir müddətdir su böhranı yaşanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur