Modern.az

Nazir ABŞ agenti barədə danışdı

Nazir ABŞ agenti barədə danışdı

30 İyun 2018, 21:56

“Rusiya heç vaxt ölkəmizə sığınan Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ-a qaytarılmasını Tramp rəhbərliyi ilə müzakirə etməyib”. Modern.az xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

O, Tramp-Putin görüşündən əvvəl insanların Edvard Snouden barədə sual vermələrinə təəccübləndiyini deyib: "Rusiya Prezidenti Vladimir Putin bir neçə il əvvəl bu məsələ barədə sualları cavablandıranda demişdi ki, Snoudenin ABŞ-a qayıtması barədə onun özü qərar verə bilər.

 

Biz Snoudenin hüquqlarına hörmət edirik. Əgər istəməsə, onu deportasiya edə bilmərik, çünki Rusiyaya gələndə artıq ABŞ pasportu ləğv edilmişdi. Edvardın taleyi öz əllərindədir”.

 

Qeyd edək ki, bir neçə il əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olan Edvard Snouden agentliyə aid gizli məlumatları yaydığı üçün "Vətən xaini" elan edilmişdi. O, daha sonra Rusiyadan sığınacaq almışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur