Böyük Britaniyada heyvanların xilasetmə mərkəzi mütəxəssislərin fikrincə ən ağır hesab oluna biləcək kirpini tapıb.
Modern.az Trend-ə istinadən məlumat verir ki, keçən payız yerli sakinlərdən biri onun yanına gələn kirpini yemləyib. Arbakl adlı kirpi bir müddət sonra artıq çəkidən hərəkət etməkdə çətinlik çəkməyə başlayıb və daha yumurlana bilməyib.
Mütəxəssislər kirpinin yeminin miqdarını azaltmağı və Arbaklı fiziki fəallığa motivasiya etməkdən ötrü yemi səpələməyi planlaşdırırlar.