Modern.az

Gülər Əhmədova Zeyno Baranla görüşdü

Gülər Əhmədova Zeyno Baranla görüşdü

Təhsil

13 Sentyabr 2011, 22:35

Sentyabrın 13-də Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Zeyno Baranla görüşüb. Görüş zamanı Zeyno xanım Azərbaycanda küçə uşaqlarının sayının çoxluğu ilə bağlı narahatçılığını diqqətə çatdırıb və bu sahədə görüləcək işlər barədə öz fikirlərini bölüşüb.

ABŞ səfirinin xanımının sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyi bu sahədə çalışan QHT-lərə dəstək vermək fikrindədir.

Millət vəkili bu təşəbbüsünə görə ABŞ səfirliyinə, xüsusən də Zeyno  Barana minnətdarlığını bildirib. Respublika Uşaq Təşkilatının bu sahədə ciddi layihələr həyata keçirdiyini xanım Baranın diqqətinə çatdıran G.Əhmədova Respublika Uşaq Təşkilatının ölkədə fəaliyyət göstərən bir-neçə QHT, xüsusən də “Azərbaycan Uşaqlar Birliyi” qeyri-hökumət təşkilatı ilə birlikdə baxımsız uşaqlarla bağlı fərdi işlərin apardığını qeyd edib.

G.Əhmədova görüş zamanı Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin fəsadlarından biri kimi qaçqın və məcburi köçkün uşaqlarının baxımsız qaldığı illərin artıq arxada qaldığını xüsusilə qeyd edib. Millət vəkili bildirib ki, ötən illər ərzində internat müəssisələri Heydər Əliyev Fondu və Azərbaycan hökuməti tərəfindən xüsusilə ön
 plana çəkilib, həmin müəssisələrin həm maddi-texniki təchizatının, həm də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Görülən işlər nəticəsində artıq bugün internat müəssisələrində uşaqların saxlanılması şəraiti kifayət qədər yüksək səviyyəyə çatdırılib. Bundan əlavə, internat müəssisələrini bitirən uşaqların taleyi ilə bağlı konkret addımlar atılmaqdadır. Gülər Əhmədova diqqətdən kənarda qalan psixoloji və ailə daxili problemlər nəticəsində əziyyət çəkən uşaqlarla bağlı fərdi iş aparıldığını da Zeyno Baranın diqqətinə çatdırıb.

ABŞ səfirinin xanımı Zeyno Baran daha hansı işlər görülməsi ilə bağlı maraqlanıb və qarşılıqlı əməkdaşlığın perpektivlərini müzakirə etmək üçün yenidən görüşməyin zəruriliyini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...