Modern.az

Argentinanın baş məşqçisi istefaya göndərildi

Argentinanın baş məşqçisi istefaya göndərildi

Dünya

1 İyul 2018, 11:40

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

Modern.az xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə beş ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Masçerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı