Modern.az

Rusiya yeni qorxulu silahı ilə bağlı detalı AÇIQLADI

Rusiya yeni qorxulu silahı ilə bağlı detalı AÇIQLADI

Dünya

2 İyul 2018, 15:02

Hazırda Rusiyanın yeni fantastik silahlarından hipersəs “Kinjal” (Xəncər) raketlərini bir ədəd tutumlu “MİQ-31BM” qırıcıları daşıyır.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, “TU-22M3” uzaqmənzilli bombardmançı qırıcısı isə 4 ədəd “Kinjal” (Xəncər) hipersəs raketini daşıya biləcək.

 

Agentliyə bu barədə Rusiyanın Müdafiə sənayesindəki informasiya mənbəyindən bildirilib.

“ “Kinjal” raketlərinin sınaqdan keçirələcəyi “TU-22M3” qırıcıları 4 ədəd bu tipli raket daşıya biləcək” – mənbədən bildirilib.

 

“MİQ-31BM” qırıcıları yeni qırıcılara nisbətdə daha qısa mənzilə sahibdir.

Qeyd edək ki, qərb tərəfindən fantastik adlandırılan “Kinjal” hipersəs raketləri indiyə kimi məlum olan bütün raketdən müdafiə sistemlərini məhv etmək qabiliyyətinə malikdir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB