Belçika polisi Fransada terror aktı planlaşdıran 2 İran vətəndaşını həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Volyuve-Sen-Pyer şəhərində saxlanılıblar.
Onların avtomobilində partlayıcı hazırlamaq üçün vasitələr aşkar olunub. Terrorçuların Parisə yaxınlığında İran müxalifətinin görüşü zamanı partlayış törətmək niyyətinin olduğu deyilir.