ABŞ şirkətləri İran bazarını tərk edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk çıxış edib.
Brayan Huk bildirib ki, 50-dən çox şirkət ABŞ-ın tələbi ilə İran bazarını tərk etmək niyyətləri haqqında bəyan ediblər.
Onun sözlərinə görə İran bazarından çıxan ABŞ şirkətləri əasən enerji və maliyyə sektorlarında fəaliyyət göstəriblər.
ABŞ başçısı Donald Tramp iki ay bundan öncə nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib, bu da ABŞ-ın İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyini nəzərdə tutur.