Modern.az

"Oğlunu öldürəcəyik" - Məşhur mügənni təhdid edilir

Dünya

3 İyul 2018, 00:54

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsi oğlu İdonu öldürməklə hədələyiblər. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənniyə gizli nömrədən zəng edən naməlum şəxslər oğlu İdo Tatlısəsi öldürəcəklərini bildiriblər. Zəngdən dərhal sonra polisə müraciət edən İbrahim Tatlısəs oğlunun can və mülk təhlükəsizliyinin təmin edilməsini istəyib. Müğənninin şikayətindən sonra prokurorluqda məsələ ilə bağlı istintaq başladılıb.

 

İbrahim Tatlısəs bundan əvvəl də dəfələrlə oğulları İdo və Əhmədin ölümlə hədələndiyini söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB