İsveçin hakim “Moderat” Partiyasının dəvəti ilə AMIP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvü Sadiq Həmzəyev 5-9 sentyabrda bu ölkədə rəsmi səfərdə olublar.
Səfər çərçivəsində AMİP rəhbərliyi Stokholumda bir sıra yüksək səviyyəli görüşlər keçirmiş, müzakirələr aparıblar.
AMİP-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 12:00-da AMİP-in müvəqqəti qərargahında sədr Yusif Bağırzadə səfərin yekunlarına həsr olumuş mətbuat konfransı keçirəcək.