Modern.az

Şamil Əliyevin canlandırmaq istədiyi sunami SİLAHI – Dəhşətli dalğa yaradır

Şamil Əliyevin canlandırmaq istədiyi sunami SİLAHI – Dəhşətli dalğa yaradır

Dünya

3 İyul 2018, 09:20

Rusiya öz silahlanmasına aldığı yeni silahlarla Qərbə meydan oxumağa davam edir.  

Modern.az “Express” nəşrinə istinadən xəbər verir ki,  Rusiya bu dəfə SSRİ-dən qalan dəhşətli silahlardan birinə yenidən can verməyə çalışır.

Rusiya prezidenti Vladimir Putinin budəfəki hədəfi, SSRİ dövrünün qorxunc layihələrindən olan sunami silahıdır.

Andrey Saxarovun müəllifi olduğu “T-15” layihəsi 100 meqatonluq zərbə gücünə malik nüvə başlığının sahilə yaxın ərazidə partladılmasını nəzərdə tuturdu. Bu həm də, dəhşətli süni sunami dalğasının yaradılmasıdır.

Nəticədə dənizin gücündən istifadə edilərək dəhşətli sunamilər ilə düşmənin sahilyanı obyektlərinin məhvi təmin edilir.

 

Burada diqqətə layiq məsələ bu silahın partlayış gücünün Xirosimada partladılmış atom silahından min dəfə çox olmasıdır.

 

Hazırda bu layihənin canlandırılmasına rəhbərlik edən 75 yaşlı Şamil Əliyev hələ də bu silahı yenidən canlandırmağın əsas prioritet olduğunu söyləyib.

 

“İndi ümumiyyətlə reallaşmamış ideyalara qayıtmaq meylləri var. Hazırda Saxarovun 24 metr uzunluğunda, 1,5 metr diametrində nüvə başlığı, 50 km hərəkət məsafəsi olan torpedonun hazırlanması baxışları nəzərdən keçirilir” – Əliyev bildirib.

 

1950-ci ildə Saxarovun bu 40 ton ağırlığında olan torpedo layihəsi rəflərə qoyulur. Buna layihədəki çatışmamazlıqlar deyil, sadəcə maliyyə problemləri səbəb olub.

 

Belə ki, hələ SSRİ dövründə 100 meqatonluq deyil, 3,5 kilotonluq “T-5” modeli hazırlanır. Bu silahın sınaqları Arktikadakı poliqondakı “Novaya Zemlya” adasında həyata keçirilir. Xatırlatmaq lazımdır ki hələ də dünyanın ən güclü bombası olan 50 meqatonluq “Çar bombası”nın sınaqları da bu adada keçirilib.

 

(Şamil Əliyev)

Bu silahın pilotsuz sualtı aparatlarda istifadə olunması ehtimal edilir. Belə ki, hələ mart ayında Rusiya prezidenti Vladimir Putin pilotsuz “Status-6” və “Poseydon” sualtı komplekslərindən bəhs edib.

 

“Poseydon” sualtı pilotsuz aparatının 2 meqaton gücə malik bir monoblok nüvə başlığını hədəfə çatdırmağa qadir olduğu hesab edilir.

Rusiya tərəfi bu silahın əsas hədəfinin düşmənin sahilyanı obyektlərinin nüvə silahı ilə məhv edilməsi olduğunu qeyd edir.

Atom mühərriki sayəsində “Poseydon” 1 km dərinlikdə 60-70 düyüm (111-129 km/saat) sürətlə düşmənə yaxınlaşa bilir.

Pentaqon rəhbərliyi bu silahı ciddi strateji təhlükə adlandırıb.

 

Qeyd etmək lazımdır ki, SSRİ-nin ən dəhşətli layihələrindən birinin müəllifi olan Andrey Saxarov sonradan insan hüquqları və silahsızlaşma tərəfdarı olub.  O, bu torpedoya xüsusi qınaqla yanaşaraq onu tamamilə "vicdansız" silah adlandırıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB