Ermənistanın bütün rayonlarında yayın bu istisində ciddi su problemi yaşanır.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, suların həftə ilə kəsilməsi, borularda normadan aşağı təzyiq və yüksək mərtəbələrdə suların olmaması kütləvi etirazlara səbəb olub.
Vəziyyət o həddə çatıb ki vətəndaşlar təchizatçı şirkəti su istifadəsi üçün ödənişləri verməyəcəklərilə təhdid ediblər.
Ölkənin əsas su təchizatçısı olan “Veoliya Cur” şirkəti keyfiyyətsiz xidmətdə ittiham olunub.
Facebook-da ““Veoliya Cur”a boykot” qrupu yaradılıb.
Qrup üzvləri şirkətə açıq məktublar ünvanlayaraq, keyfiyyətsiz xidmətlərə görə ödəniş etməyəcəklərini bildiriblər.
“Suların həftə ilə kəsilməsi, borularda normadan aşağı təzyiq, yüksək mərtəbələrə su qalxmaması, şübhəli qəzalar və bir çox həll olunmamış problemlər” – iştirakçıların əsas göstərdikləri səbəblər bunlardır.
Vətəndaşlar məktubda həmçinin məsələ ilə bağlı baş nazir Nikol Paşinyana müraciət edib və təchizatçı şirkətin qəzalarla bağlı bəyanatlarının araşdırılmasını xahiş ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı “Veoliya Cur” şirkəti Ararat nasos stansiyasında baş vermiş qəzanın aradan qadırılması üçün ciddi işlərin aparıldığı bəyanatı verib.
Əvəz ZEYNALOV