Aclıqdan əziyyət çəkən Somali uşaqlarına yardım kampaniyası ilə bağlı Azərbaycanda sabiq deputatın təşəbbüsü ilə bank hesabı açılıb. Bu barədə Modern.az saytına sabiq deputat Nazim Məmmədov məlumat verib. Hesab aşağıdakı kimidir:
AZER TURK BANK OJSC
SWIFT AZRT AZ 22
account number 3801 022474 0001 AZN
name of the client NAZIM MEMMEDOV HUSEYN OGLU (for SOMALI)
Nazim Məmmədov onu da bildirib ki, özü ilkin olaraq bu hesaba 500 dollar köçürüb.
Qeyd edək ki, bu məsələ ilə bağlı Nazim Məmmədovun Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxüslam hacı Allahşükür Paşazadəyə müraciəti cavabsız qalıb. Sabi deputat Ramazan bayramında məscidlərdə toplanan fitə pullarının Somaliyə göndərilməsini istəmişdi.
Modern.az