Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının tərkibinə dəyişiklik edilməsi ilə bağlı sərəncam verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiya prezidentinin Şimali Qafqaz Fedferal Dairəsindəki nümayəndəsi Aleksandr Matovnikov, Ural Federal Dairəsindəki nümayəndəsi Nikolay Çukanov və Mərkəzi Federak Dairəsindəki nümayəndəsi İqor Şeqolev Təhlükəsizlik Şurasının yeni üzvləri seçilib.