Modern.az

Azərbaycanda Bilik günü qeyd olunur

Azərbaycanda Bilik günü qeyd olunur

Təhsil

15 Sentyabr 2011, 09:39

Müəllim və şagirdlərin çoxdan gözlədikləri 15 sentyabr - Bilik Günü gəldi. Bu gün Azərbaycanda yeni – 2011-2012-ci tədris ili başlayıb. Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yeni tədris ilində ölkədəki 4500-dən çox ümumtəhsil məktəbində 1 milyon500 minə yaxın şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 minə yaxın müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 124 min 274 olacağı proqnozlaşdırılır.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 15-də Bakı şəhərinin ali və orta ixtisas məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində və ətraf ərazilərdə ictimai qaydanın qorunması, təhlükəsizliyin təmin olunması üçün həmin ərazilərdə post-patrul xidməti təşkil olunub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...