İranın hüquq mühafizə orqanları “sikkə sultanı”nı həbs ediblər.
Modern.az “İrib” kanalına istinadən xəbər verir ki, “sikkə sultanı” ləqəbi ilə tanınan bu şəxs 2 ton ağırlığında qızıl pul yığıb.
“Keçən il ərzində iki tona qədər qızıl yığan sikkə sultanı adı ilə tanınan şəxs saxlanılıb. O, hazırda bu pulları sataraq böyük miqdarda gəlir əldə etməklə məşğul olub” – Tehranın polisinin başçısı Hüseyn Rahimi bildirib.
Onun, sikkə bazarı ilə manipulyasiya edərək ölkə iqtisadiyyatına zərbə vurduğu bildirilir.
Məlumatda tutulan şəxsin işçilərinin olduğu və onun adından bazarlarda qızıl sikkələri aldıqları da qeyd edilib.
Rahimi tutulan şəxsin adını açıqlamayıb və sadəcə onun 58 yaşının olduğunu bildirib.
Qeyd edək ki, sikkə sultanı ilə eyni zamanda daha iki nəfər 20 kiloqram qızıl və sikkələrlə həbs edilib.
Əvəz ZEYNALOV