Modern.az

Türkiyədə azyaşlıları zorlayanlar axtalanacaq

Türkiyədə azyaşlıları zorlayanlar axtalanacaq

4 İyul 2018, 17:54

Türkiyənin ədalət naziri Abdulhamit Gül son zamanlarda ölkə gündəmini silkələyən cinsi istismar hadisələrinə rəy bildirib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir, nazir bu cür hallara son qoyacaq və canilərə ən ağır cəzaları nəzərdə tutan qanun layihəsi tezliklə qüvvəyə minəcək.

 

“Hökumətimizin bu mövzuda hazırladığı qanun layihəsi var idi. Cinsi istismara qarşı ən ağır cəzaların, üsulların nəzərdə tutulduğu layihə hazırdır. Seçkilərə görə qüvvəyə minmədi. Amma indi, yeni dövrdə təbii ki, millət vəkillərimizin təklifləri ilə bu qanun qüvvəyə minə biləcək. Ümid edirəm ki, bu mövzuda ən ağır cəzaları nəzərdə tutan və uşaqlarımızı və bu mövzudakı bütün qurbanları qoruyacaq təmzinləmələri birlikdə qəbul edə biləcəyik” – Gül bildirib.

 

Yeni qanun layihəsində canilərin kimyəvi yolla axtalanması məsələsi də nəzərdə tutulub.

Qeyd edək ki, son zamanlarda kiçik uşaqların cinsi istismara məruz qaldıqları ilə bağlı Türkiyə mətbuatında bir çox xəbərlər yayılıb.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU