Modern.az

İran prezidenti: “ABŞ İŞİD-ə dəstək verir”

İran prezidenti: “ABŞ İŞİD-ə dəstək verir”

4 İyul 2018, 18:08

İran tərəfi ABŞ və İsraili İŞID terror qruplaşmasına dəstək verməkdə ittiham edib.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bəyanat verib.

 

“Biz ABŞ və İsrailin bu terrorçulara dəstəklərinə baxmayaraq İŞID üzərində qələbə qazandıq” – Ruhani bildirib.

O, həmçinin ABŞ-ın nüvə razılaşmasından çıxmasının Vaşinqtona zərər vurduğunu qeyd edib.

 

Qeyd edək ki, Ruhaninin dediklərindən İranın ABŞ qarşısında kapitulyasiya etməyəcəyi əksinə ABŞ-ı diz çökdürəcəyi vurğulanıb.

 

Əvəz ZEYNALOV

 

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU