Modern.az

İsti 16 nəfərin həyatına son qoydu

İsti 16 nəfərin həyatına son qoydu

Dünya

4 İyul 2018, 23:28

İsti hava azı 16 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölüm halları Kanadanın Kvebek vilayətində qeydə alınıb. Məlumata görə, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

 

Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR